Nazir rəisi işdən çıxardı - Yeni təyinat

nazir-reisi-isden-cixardi
Oxunma sayı: 9429

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, rəis Elmir Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenat Əlfağa Ağayev bu vəzifəyə təyin olunub.