Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsinin rəisi polkovnik Rəşad Babayev nazirlik daxili yerdəyişmə qaydalarına əsasən digər məsul vəzifəyə təyin olunub.
Xəbəri rus dilində oxuyun: Закир Гасанов уволил главу управления Минобороны
Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.
Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.
Son xəbərlər
Son Xəbərlər