Səhiyyə Nazirliyi vətəndaş qəbulu ilə bağlı müraciətləri elektron qaydada həyata keçirəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Bildirilib ki, bununla bağlı Rəqəmsal Səhiyyə Mərkəzi tərəfindən nazirliyin İntranet portalında “Vətəndaş qəbulu” modulu hazırlanaraq istifadəyə verilib. Modul vasitəsilə hər bir qəbul üzrə vətəndaşın məlumatları, müraciətin məzmunu, aidiyyəti struktur bölmələr, məsul əməkdaş və qəbulun nəticəsi vahid elektron kartda qeydə alınır.
Eyni zamanda rəhbərlik üçün gündəlik, həftəlik, aylıq və digər dövrlər üzrə analitik hesabatların hazırlanması təmin edilir.
Son xəbərlər
Son Xəbərlər