Neft şirkətinin əməkdaşı iş başında öldü

neft-sirketinin-emekdasi-is-basinda-oldu
Oxunma sayı: 706

Bakıda neft şirkətlərindən birinin əməkdaşı iş başında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 1-i saat 18 radələrində Suraxanı ərazisində baş verib.

Qəsəbədə fəaliyyət göstərən neft şirkətinin qaldırıcı maşinisti, Bakı şəhər sakini 61 yaşlı Nuraslan Yusubov infarktdan ölüb.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.