Neftçalada bir ailə qəzaya düşdü - Azyaşlı öldü

neftcalada-bir-aile-qezaya-dusdu
Oxunma sayı: 569

Neftçala rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Salyan–Neftçala avtomobil yolunun Aşağı Surra kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Nəqliyyat vasitələrinin toqquşması nəticəsində qəza edən ailənin bir üzvü – Ələkbərov Murad Sabir oğlu hadisə yerində həyatını itirib.

Qəza zamanı həmin ailənin daha üç üzvü – Ələkbərov Sabir Cabbar oğlu, Ələkbərova Nuranə Sübhan qızı və Ələkbərov Samir Sabir oğlu xəsarət alaraq Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı