Neftçalada iftar süfrəsi açılıb - Fotolar

neftcalada-iftar-sufresi-acilib
Oxunma sayı: 388

Bugün Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin və bələdiyyələrin təmsilçiləri, şəhid ailələrinin üzvləri, qazilər, ağsaqqallar, din xadimləri, ictimaiyyət nümayəndələri və aztəminatlı ailələr iştirak ediblər.

Həmçinin iftar süfrəsində iştira edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbə müdiri Sənan Xəlilov və Qafqaz Müsəlmanları İdarəsinin Salyan bölgə qazısı Hacı Hüsnü Həsənov çıxış edərək, mərasim iştirakçılarını qarşıdan gələn müqəddəs Ramazan və Novruz bayramları münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə firavanlıq, əmin-amanlıq arzulanıb, tutulan orucların, edilən dualların qəbul edilməsi dilənib.

Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarda həyata keçirilən geniş quruculuq işləri çərçivəsində dini ibadət evləri yenidən bərpa edilir, tarixi-mədəni irsimiz yenidən canlandırılır.

Çıxışlarda həmçinin ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimləndiyi, dini etiqad azadlığının tam təmin olunduğu, multikultural və tolerant mühitin formalaşdığı bildirilib, eyni zamanda Ramazan ayının insanları mənəvi saflığa, səbrə, yardımlaşmaya və xeyirxahlığa dəvət edən xüsusi bir dövr olduğu vurğulanıb, bu ayda tutulan orucların, edilən duaların və göstərilən xeyriyyəçilik əməllərinin cəmiyyətin mənəvi dəyərlərinin möhkəmlənməsinə mühüm töhfə verdiyi qeyd edilib.

Daha sonra din xadimi Qorxmaz Paşayev tərəfindən dualar oxunub, edilən dualarda ölkəmizdə sülh və sabitliyin qorunması, dövlətimizin inkişafı, xalqımızın rifahı arzulanıb, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.