“Neftçi” 1000-ci oyununa çıxacaq - Video

neftci-1000-ci-oyununa-cixacaq
Oxunma sayı: 319

Misli Premyer Liqasının 6-cı turu “Neftçi” üçün əlamətdar olacaq.

“Qafqazinfo” xəbər verir ki, “ağ-qaralar” “Qəbələ” ilə qarşılaşmada ölkə çempionatlarında 1000-ci oyununa çıxacaq. 

Peşəkar Futbol Liqası bununla bağlı xüsusi süjet hazırlayıb.

Süjetdə “Neftçi”nin veteran futbolçusu, komandanın ölkə çempionatlarındakı ilk qolunun müəllifi Yunis Hüseynov, həmçinin “ağ-qaralar”ın hazırkı kapitanı Emin Mahmudov fikirlərini bölüşüb.