“Neftçi” də ölkə kubokunda 1/4 finala adladı

neftci-de-olke-kubokunda-14-finala-adladi
Oxunma sayı: 2009

“Neftçi” futbol üzrə Azərbaycan Kubokunda 1/4 finala yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, 1/8 final oyununda “Difai” komandasını qəbul edən “ağ-qaralar” 6:0 hesablı qələbə qazanıb.

Paytaxt təmsilçisi bu nəticənin ardından növbəti raundda “Kəpəz”lə qarşılaşacaq.

Xatırladaq ki, ilk olaraq “Qarabağ” Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qəbələ” ilə qarşılaşıb. Qurban Qurbanovun komandası bu matçda 2:0 hesablı qələbə qazanıb. 

Ağdamlılar bu qalibiyyətlə 1/4 finala adlayıb. 

Azərbaycan kuboku
1/8 final
4 dekabr

Neftçi – Difai 6:0
Qollar: Yeqor Boqomolski, 21; 67. Murad Məmmədov, 25-pen. Yuri Matias, 27. Ağadadaş Salyanski, 57. Andrey Ştoqrin, 63.