“Neftçi” “Kəpəz”ə qalib gələrək liderliyini möhkəmləndirdi

neftci-kepeze-qalib-gelerek-liderliyini-mohkemlendirdi
Oxunma sayı: 326

Misli Premyer Liqasının XI turunda “Neftçi” “Kəpəz”lə üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Palms Sports Arena”da keçirilən qarşılaşma paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 67-ci dəqiqədə Alen Şkribek vurub.

Bu nəticə ilə xallarının sayını 24-ə çatdıran “Neftçi” turnir cədvəlində liderliyini möhkəmləndirib. Gəncə təmsilçisi isə 17 xalla beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Zəfər turu”na noyabrın 8-də yekun vurulacaq.