“Neftçi” Misli Premyer Liqasında cari mövsümün sonuncu – XXXIII turunun oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqəni daha əvvəl təmin etmiş “ağ-qaralar” səfərdə Gəncənin “Kəpəz” komandası ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan qarşılaşma Bakı təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb – 1:0.
Matçın ilk hissəsində qol səsi çıxmasa da, ikinci yarıya daha fəal başlayan qonaqlar 54-cü dəqiqədə Freddi Varqasın vurduğu qolla hesabı açıblar. Lakin paytaxt təmsilçisi görüşün 65-ci dəqiqəsində meydanda azlıqda qalıb – “Neftçi”nin yarımmüdafiəçisi İfeanyi Metyu birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalmasına baxmayaraq, Yuri Vernidubun yetirmələri üstünlüyü qorumağı bacarıblar.
Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 59-a çatdıran “Neftçi” 2025/2026 mövsümünü dördüncü sırada tamamlayıb. “Kəpəz” isə mövsümü 27 xalla 10-cu – sonuncu pillədə başa vurub.
Son xəbərlər
Son Xəbərlər