Neftimiz bu gün də ucuzlaşdı

neftimiz-bu-gun-de-ucuzlasdi
Oxunma sayı: 1807

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti 1 dollara yaxın ucuzlaşıb.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.97 ABŞ dolları və ya 1.3% azalaraq 74.43 ABŞ dollarına enib.

Qeyd edək ki, ötən gün Azərbaycan neftinin qiyməti 75.40 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15.81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149.66 ABŞ dolları qeydə alınıb.