Azərbaycanlı azarkeşlər ABŞ-nin “Kolambus Kryu” klubunda çıxış edən Azərbaycan yığmasının üzvü Nəriman Axundzadəyə dəstək olub.
“Qafqazinfo” xəbər verir ki, onlar MLS liqasının Şərq Konfransının 8-ci turunda “Nyu-Enqland Revolyuşn”la matçda stadionda olublar. Bu barədə ABŞ-də yaşayan həmyerlimiz Ceyhun Əlizadə instaqram hesabında paylaşım edib.
O, tribunadan isinmə hərəkətlərini yerinə yetirən N.Axundzadəyə səslənərək ona dəstək olacaqlarını bildirib.
C.Əlizadə forvarda “Nəriman, sənin üçün bir qazan ləvəngi bişirmişik” deyərək futbolçu ilə zarafat da edib.
Qeyd edək ki, Nərimanın komandası bu görüşdə 1:2 hesabı ilə uduzub. Forvard 88-ci dəqiqədə əvəzetmədən meydana daxil olub.
Son xəbərlər
Son Xəbərlər