Nərimanovda 20 Sentyabr - Dövlət Suverenliyi Günü qeyd olunub - Video

nerimanovda-20-sentyabr-dovlet-suverenliyi-gunu-qeyd-olunub
Oxunma sayı: 319

Nərimanov Rayon İcra Hakimiyyətinin və YAP Nərimanov rayon təşkilatının birgə təşkilatçılığı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr edilmiş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Suverenliyi Gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışılıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev çıxışında bildirib ki, dövlət suverenliyimizin tam bərpası cənab Prezidentin dəmir siyasi iradəsinin və qətiyyətli liderliyinin nəticəsidir. 

YAP Nərimanov təşkilatının sədri Elçin Quliyev isə çıxışında bu tarixin əhəmiyyətindən bəhs edib. O bildirib ki, 2020-ci ildə qazanılan Şanlı Zəfər və 2023-cü ildə lokal antiterror əməliyyatları respublikamızın suverenliyinin tam və ədalətli bərpası ilə nəticələndi.  

Tədbir millət vəkilləri və digər natiqlərin maraqlı çıxışları ilə yadda qalıb, incəsənət xadimlərinin çıxışları ilə davam edib.