Nərimanovda gənclərlə görüş keçirildi - Video - Fotolar

nerimanovda-genclerle-gorus-kecirildi
Oxunma sayı: 726

Nərimanov Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Nəsillərarası dialoq - Yeni perspektivlər və çağırışlar” mövzusunda gənclərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.

Millət vəkilləri, alimlər və rayonun fəal gənclərinin qatıldığı tədbirdə Nərimanov RİH başçısı Elgin Həbibullayev çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük zəfərin ölkəmizin tarixində nə qədər önəmli olduğunu diqqətə çatdırıb.

Həmçinin bildirilib ki, dünyada baş verən mürəkkəb proseslər fonunda ölkəmizə İlham Əliyev kimi şəxsiyyətin rəhbərlik etməsi xalqımız üçün tarixi şans və böyük xoşbəxtlikdir. Gənc nəsil bu həqiqətləri bilməli, təhlil etməli və düzgün nəticələrə gəlməlidir.

Gənclərimizin ölkəmizin ictimai-siyasi həyatında aktiv iştirakına diqqət çəkən digər natiqlər Azərbaycan gəncliyinin bu gün dövlət başçısının ətrafında sıx birləşdiyini qeyd ediblər.

Görüş Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun bacısı Fidan Hümbətovanın, Xalq artisti Nurəddin Mehdixanlının və digər natiqlərin təsirli çıxışları ilə yadda qalıb.