İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Evin yüksəksəviyyəli müşaviri Cared Kuşner ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail Baş nazirinin ofisinin “X” hesabında paylaşım edilib.
Məlumata görə, görüş zamanı tərəflər regional məsələləri, həmçinin ötən həftə Omanın paytaxtı Məsqət şəhərində ABŞ və İran arasında baş tutan nüvə danışıqlarını müzakirə ediblər.
Xatırladaq ki, bu gün Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu arasında görüş keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər