“Niaqara” və “Kral” restoranlarından 1050 ailəyə bayram sovqatı - Fotolar

niaqara-ve-kral-restoranlarindan-1050-aileye-bayram-sovqati
Oxunma sayı: 712

“Niaqara” və “Kral” restoranlarının rəhbərliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şirvan şəhərində 1050 qazi və şəhid ailəsinə yardım edib. 

“Qafqazinfo” xəbər verir ki, hər il olduğu kimi, bayram öncəsi Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilib.

Göstərilən diqqətin torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıqları qarşısında mənəvi borc olduğu bildirilib.

Qeyd edilib ki, torpaqlarımızın işğaldan azad edilməsi Ali Baş Komandan İlham Əliyevin xidmətləri, yürütdüyü siyasət və sərkərdəlik bacarığının nəticəsi, eyni zamanda ordumuzun qəhrəman oğullarının vətən yolunda göstərdiyi şücaətin əsəridir. 

Restoran rəhbərliyi şəhid ailə üzvlərinə daim onların yanlarında olduqlarını çatdırıblar. Ailələrin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib.