“Niaqara” və “Kral” restoranlarından 800 ailəyə bayram sovqatı - Video - Fotolar

niaqara-ve-kral-restoranlarindan-800-aileye-bayram-sovqati
Oxunma sayı: 1023

“Niaqara” və “Kral” restoranlarının rəhbərliyi Qurban bayramı münasibətilə 800-dən artıq ailəyə bayram sovqatı təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, hər il olduğu kimi, bayram öncəsi qazi və şəhid ailələri, Çernobıl əlilləri, o cümlədən, imkansız ailələr ziyarət olunub.

Ailələrin bayramları təbrik edilib, onlara bayram sovqatı, müxtəlif hədiyyələr təqdim edilib.

Restoran rəhbərliyi daim onların yanlarında olduğunu diqqətə çatdırıb.