Niderland parlamentində Azərbaycana qarşı siyasi riyakarlıq - Video

niderland-parlamentinde-azerbaycana-qarsi-siyasi-riyakarliq
Oxunma sayı: 1424

Niderland parlamentinin nümayəndələr palatası yenə Azərbaycan əleyhinə qətnamələrlə gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Cənubi Qafqazda formalaşmış post-münaqişə reallıqlarını nəzərə almadan qəbul edilən iki sənəd yenidən ikili standart yanaşmaları gündəmə gətirib.

Belə ki, aprelin 16-da Niderland parlamentinin nümayəndələr palatasında deputat Don Seder iki layihə təqdim edib. Söhbət guya erməni əsrləri və qondarma erməni soyqırımı ilə bağlı sənəddən gedir.

Sənədlər səsverməyə çıxarılıb və qəbul olunub. Diqqətçəkən məqamlardan biri də budur ki, Niderland höküməti bu sənədləri dəstəkləmədiyini bəyan edib.

Buna baxmayaraq gecə saatlarında keçirilən səsvermədə təkliflər qəbul olunub. Ekspertlər bunu hüquqi yanaşmadan çox siyasi mesaj kimi qiymətləndirirlər.

Daha ətraflı “Real TV” nin materialında: