Nigeriyada 101 yaşlı qadın marixuana satmaq ittihamı ilə saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Milli Narkotiklərlə Mübarizə Agentliyi məlumat yayıb.
Agentlik bildirib ki, Ester Oqunmabonun üzərində ümumi çəkisi 90 qram olan marixuana paketləri aşkar edilib.
Dindirilmə zamanı şübhəli şəxs müstəntiqlərə bildirib ki, ərzaq mağazası yanğın nəticəsində külə döndükdən sonra qeyri-qanuni narkotik ticarətinə əl atıb.
Məlumata görə, narkotik vasitələrin çatdırılmasını Oqunmabonun qızı təşkil edib. O, hər dörd gündən bir anasına marixuana partiyaları gətirir, yaşlı qadın isə onları yerli sakinlərə satırdı. İstintaq zamanı qız da həbs edilib.
Son xəbərlər
Son Xəbərlər