“Nikosayağı” qəzaya düşdü, qolu amputasiya edildi - Fotolar + Video

nikosayagi-qezaya-dusdu-qolu-amputasiya-edildi
Oxunma sayı: 67330

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N. Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

***

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli saytımıza açıqlamasında  bildirib ki, qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da yoldan keçən avtomobil vurub, ayağından xəsarət alıb.

Hazırda  polis yolda hərəkətin maneəsiz təşkili istiqamətində tədbirlər görür.

***

Qəza ilə bağlı TƏBİB məlumat yayıb.

Məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Hazırda onlara zəruri tibbi xidmət göstərilir. Qəza nəticəsində həkimə qədər 1 ölüm qeydə alınıb.