Gədəbəy-Şəmkir yolunun rayonun ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hərəkətdə olan “Niva” markalı minik maşını idarəetmədən çıxıb yolun kənarına aşıb.
Qəza zamanı sürücü 2003-cü il təvəllüdlü İlkin Məmmədov xəsarət alıb.
Xəsarət alan sürücü Gəncədə yerləşən xəstəxanaların birinə yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər