24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə təşkil olunan “Qardaş şəhərlər” I Beynəlxalq Forumu davam edir.
“Qafqazinfo” xəbər verir ki, forum çərçivəsində Səmərqəndin Qədim şəhər ərazisində “Dostluq ağacı” adlı ağacəkmə aksiyası təşkil olunub.
Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da iştirak edib.
Qeyd edək ki, “Dostluq ağacı” adlı aksiyanın təşəbbüsü şəhərlər arasında dostluq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafına verilən önəmin rəmzi hesab olunur.
***
Niyazi Bayramov Səmərqənd şəhərində “Qardaş şəhərlər” I Beynəlxalq Forumu çərçivəsində “Şəhərlərin imkanları” sərgisində iştirak edib.
Məlum olduğu kimi, 24–25 iyul tarixlərində Özbəkistanın Səmərqənd şəhərində ilk dəfə təşkil olunan “Qardaş şəhərlər” I Beynəlxalq Forumu davam edir. Forumda Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov proqrama uyğun olaraq keçirilən bir sıra tədbirlərə qatılıb.
Tədbirlər zamanı təşkil olunan “Şəhərlərin imkanları” sərgisində Özbəkistanın şəhərlərinin mədəni, elmi, sənaye, xidmət, logistika, turizm və infrastruktur potensialı xarici və yerli investorlara təqdim edilib. Sərginin məqsədi yeni investisiya layihələrinin cəlb olunması, şəhərlərin iqtisadi imkanlarının tanıdılması və biznes üçün yaradılmış əlverişli şəraitin nümayiş etdirilməsi olub.
Sərginin sonunda Özbəkistanın Qardaş Şəhərlər Assosiasiyasının sədri Zakir Abidov Niyazi Bayramova simvolik hədiyyə təqdim edib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, forumda bələdiyyələrarası əməkdaşlığın inkişafı, qabaqcıl təcrübənin mübadiləsi, ticarət-iqtisadi, investisiya, turizm, elm, təhsil və mədəni-humanitar sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilir. Eyni zamanda, şəhər və regionlar arasında yeni birbaşa əlaqələrin qurulması istiqamətində fikir mübadiləsi aparılır.







Son xəbərlər
Son Xəbərlər