Niyazi Bayramov səyyar qəbul keçirdi - Fotolar

niyazi-bayramov-seyyar-qebul-kecirdi
Oxunma sayı: 234

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 3 nömrəli tam orta məktəbdə növbəti səyyar qəbul keçirib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Vətəndaşların müraciətlərini dinləyən şəhər rəhbəri işlə təminat, maddi yardımın göstərilməsi və digər sosial məsələlərlə bağlı qaldırılan problemlərə münasibət bildirib.

Niyazi Bayramov səsləndirilən müraciətlərin operativ həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Bir sıra məsələlər yerindəcə həllini tapıb, digərləri isə araşdırılaraq qanunvericiliyə uyğun şəkildə icra olunmaq üçün qeydiyyata götürülüb.

Qeyd edək ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcək.