Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov M.Mehdizadə adına 4 nömrəli xarici dil təmayüllü məktəb-liseydə şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.
“Qafqazinfo” xəbər verir ki, görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. İcra başçısı qaldırılan məsələlərin operativ həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.








Son xəbərlər
Son Xəbərlər