“Normal söhbət ediblər” - Neslihandan xəyanət iddialarına cavab

normal-sohbet-edibler
Oxunma sayı: 4207

Həyat yoldaşı, aktyor Kadir Doğulu tərəfindən xəyanətə uğradığı bildirilən aktrisa Neslihan Atagül məsələ ilə bağlı açıqlama verib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aktirsa xəyanət iddialarına əhəmiyyət vermədiyini bildirib.

"Səs-küylü mühitdə normal söhbət ediblər", - deyə Atagül yaxınlarına söyləyib.

Qeyd edək ki, Kadir Doğulunun içkili halda bir xanımla səmimi görüntüləri yayılıb. Hadisə Alaçatıdakı restoranların birində baş verib.