ABŞ Prezidenti Donald Tramp Norveç Nobel Komitəsinin ona Sülh Mükafatı verməməsini kəskin tənqid edərək, bu qərarı “axmaqlıq” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.
Tramp qeyd edib ki, o, təkbaşına səkkiz müharibəni bitirməsinə baxmayaraq, layiq olduğu mükafatı ala bilməyib:
“NATO üzvü olan Norveç axmaqcasına mənə Nobel mükafatını vermədi, amma bunun əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan odur ki, mən milyonlarla insanın həyatını xilas etmişəm”.
Xatırladaq ki, ötən il Nobel Sülh Mükafatı Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya təqdim edilib. Tramp isə daha əvvəl verdiyi açıqlamalarda həll etdiyi hər bir münaqişəyə görə ayrı-ayrılıqda mükafat almalı olduğunu, lakin “acgöz görünməmək üçün” bunu tələb etmədiyini bildirmişdi.
Mükafatın son qalibi Maçado isə öz mükafatını Trampa verməyə hazır olduğunu bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər