Növbəti görüş üçün razılaşdılar

novbeti-gorus-ucun-razilasdilar
Oxunma sayı: 704

Məlum olduğu kimi, Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı keçirilən kritik danışıqların ilk raundu başa çatıb.

“Qafqazinfo” “Tasnim” agentliyinə istinadən xəbər verir ki, təxminən 5 saat davam edən gərgin müzakirələrdən sonra tərəflər dialoqun başqa bir vaxtda davam etdirilməsi barədə razılığa gəliblər.

Bildirilib ki, İranın xarici işlər naziri Abbas Araqçının rəhbərlik etdiyi nümayəndə heyəti artıq danışıqların keçirildiyi məkanı tərk edib.
Görüşdə ABŞ tərəfini Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və müşaviri Cared Kuşner təmsil edib.

Agentlik yazır ki, müzakirələrin əsas mövzusu İranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılması və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi olub. İran tərəfi danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşmasında israr etdiyi halda, Vaşinqtonun gündəliyi genişləndirmək cəhdləri tərəflər arasında fikir ayrılıqlarının qalmasına səbəb olub.

Qeyd edək ki, tərəflər yaxın günlərdə növbəti raundun keçirilməsi üçün diplomatik kanallar vasitəsilə əlaqədə qalacaqlar.