“Qarabağ”ın hücumçusu Abdullah Zubir Çempionlar Liqasının Liqa mərhələsindəki çıxışlarını dəyərləndirib.
“Qafqazinfo” UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Liqa mərhələsində onun üçün ən yaddaqalan anların “Benfika” və “Ayntraxt Frankfurt” üzərində qazanılan qələbələr olduğunu bildirib:
“Benfika” və “Frankfurt”la oyunlardakı qələbələr mənim üçün ən sevimli anlar idi. Hər iki matçda hesabda geri olmağımıza baxmayaraq, son dəqiqələrdə qol vuraraq qalib gəldik. Bu, fantastik hiss idi”.
Zubir “Liverpul”la matçdan sonra komandadakı əhvaldan da söz açıb O, 6:0 hesablı məğlubiyyətin məyusedici olduğunu deyib:
“Biz xoşbəxtik, amma eyni zamanda, 6:0 hesabı ilə uduzduğumuz oyun da oldu. Ona görə də hər şey mükəmməl deyil”.
Fransalı futbolçu pley-off mərhələsində mümkün rəqiblər barədə də danışıb. Zubir növbəti raundda PSJ ilə qarşılaşmaq istədiyini qeyd edib:
“Mən fransalıyam və növbəti mərhələdə PSJ ilə oynamaq istərdim. Hazırda dünyanın ən güclü komandası olsalar belə, bu mənim üçün xüsusi olardı. Digər mümkün rəqib isə “Nyukasl”dır və onlarla oyun da çox çətin keçər”.
Son xəbərlər
Son Xəbərlər