Baharın gəlişindən xəbər verən Novruz bayramı əsrlərdir ki, müxtəlif xalqlar tərəfindən qeyd olunur.
“Qafqazinfo” xəbər verir ki, təbiətin yenidən canlanmasını, həyatın başlanğıcını simvolizə edən bu bayramın kökləri qədim Zərdüştilik dövrünə gedib çıxır.
Bu gün Novruz geniş coğrafiyada qeyd olunmaqdadır.
Balkan yarımadasından Mərkəzi Asiyaya qədər uzanan torpaqlarda bir sıra ölkələr Novruzu rəsmi və qeyri-rəsmi şəkildə keçirir.
Novruzu təntənəli formatda qeyd edən xüsusən Cənubi Qafqaz ölkələri- Azərbaycan, Gürcüstan və Ermənistandır. (bəzi icmalar tərəfindən)
Bununla yanaşı Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan da Baharın gəlişini Novruzla şərəfləndirir.
İran Novruzun əsas vətəni sayılır.
Əfqanıstan, Türkiyə (xüsusilə bəzi bölgələrdə), İraq (əsasən kürd bölgələrində), Suriya (kürd icmaları arasında) Novruzu qeyd edən ölkələr arasındadır.
Albaniya, Kosovo, Hindistan və Pakitsanda bəzi icmalar bu bayramı keçirir.
Novruz təkcə milli bayram deyil. O, həm də beynəlxalq səviyyədə tanınır. 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyası 21 mart tarixini “Beynəlxalq Novruz Günü” elan edib.
Son xəbərlər
Son Xəbərlər