NTV-nin sabiq sədrinə “Space”də vəzifə verildi

ntv-nin-sabiq-sedrine-spacede-vezife-verildi
Oxunma sayı: 324

Naxçıvan televiziyasının sabiq sədri, jurnalist Sahil Tahirli yeni vəzifəyə təyin edilib.

“Qafqazinfo” Bizim.Media-ya istinadən xəbər verir ki, Sahil Tahirli “Space” televiziyasında “Xəbərlər” departamentinin rəhbəri təyin olunub.

Xatırladaq ki, S.Tahirli 12 il Naxçıvan televiziyasına rəhbərlik edib, Naxçıvan Ali Məclisində Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Naxçıvan Televiziya və Radio Şurasının sədri vəzifələrində çalışıb.