Nurani bu nazirlə sinif yoldaşı olub - Foto

nurani-bu-nazirle-sinif-yoldasi-olub
Oxunma sayı: 1814

Bu gün vəfat edən Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib. Mərasimdə ictimai-siyasi şəxslər, tanınmış jurnalistlər, baş redaktorlar və bir sıra tanınmış simalar iştirak edib.

“Qafqazinfo” “Manset.az”a istinadla xəbər verir ki, vida mərasimində Azərbaycanın səhiyyə naziri Teymur Musayev də olub. O, mərasimdə əvvəldən sonadək iştirak edib.

Qeyd edək ki, nazir T. Musayev və mərhum T. Qasımova (Nurani) sinif yoldaşı olublar.