O da tədbirdə iştirak etmək üçün Bakıya gəldi - Foto

o-da-tedbirde-istirak-etmek-ucun-bakiya-geldi
Oxunma sayı: 1522

Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün bu gün Azərbaycana səfərə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Vyetnamın Vitse-prezidentini Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.