O dəhşətli gündən 5 il ötür... - Fotolar

o-dehsetli-gunden-5-il-otur
Oxunma sayı: 5134

Vətən müharibəsi dövründə Bərdənin Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il keçir.

“Qafqazinfo” xəbər verir ki, 2020-ci il oktyabrın 27-də Bərdənin Qarayusifli kəndi “Smerç” raketləri ilə atəşə tutulub.

Nəticədə dinc sakinlər - Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olub, 13 nəfər isə xəsarət alıb.

Düşmənin raket atəşi nəticəsində bir neçə yaşayış evi tamamilə dağılıb, sakinlərə külli miqdarda ziyan dəyib.

Qeyd edək ki, Bərdə rayonu və şəhər mərkəzi İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə 3 dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, hücumda həlak olan 2013-cü il təvəllüdlü Aysu İsgəndərovanın o hadisədən iki il sonra bacısı dünyaya gəlib.

Aysunun ölümü bütün Azərbaycanı sarsıtmışdı. Onun vəfatından sonra ailəsi körpəyə eyni adı verib.

Fotolar: Pərvin Zeynal