“O, həmişə əfsanə olaraq qalacaq” - Foto

o-hemise-efsane-olaraq-qalacaq
Oxunma sayı: 1193

Məşhur amerikalı aktyor Brüs Uillisin yeni fotosu paylaşılıb.

“Qafqazinfo” xəbər verir ki, həyat yoldaşı Emma Heminq özünün instaqram hesabında ərinin istirahət zamanı çəkilmiş şəklini paylaşıb. 

Emma öz paylaşımında frontal-temporal demensiyadan əziyyət çəkən insanları və onların ailələrini dəstəkləməyə çağırıb. 

“Bryus mənim fəaliyyətimi dəstəkləyən güclü bir qüvvədir. O, bu işdə mənim üçün çox qapılar açıb və mən onlardan keçməyə davam edirəm. Onun diaqnozunun boşa getməsinə yol verməyəcəyəm. Bilirəm ki, o, frontal-temporal demensiya və demensiyanın digər formalarıyla yaşayan ailələrə, eləcə də onların həyat yoldaşlarına - onların görünməsi və eşidilməsi üçün kömək etdiyinə nə qədər qürur duyardı. O, əfsanədir və həmişə əfsanə olaraq qalacaq. Mən onunla və onun həyat yoldaşı olmağımla çox qürur duyuram”, - Emma yazıb.

Qeyd edək ki, Brüs Uillisə 2023-cü ildə demensiya diaqnozu qoyulub. Bu xəstəlik özünü emosional və sosial bacarıqların itirilməsi ilə büruzə verir. Ağır formalarında isə xəstələr ən doğma insanlarını belə tanımamağa başlayır.