O isə Davosu təklif etdi

o-ise-davosu-teklif-etdi
Oxunma sayı: 1738

Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskini yanvarın 21-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində görüşə dəvət edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.

Siyasətçi bildirib ki, Kiyev hələlik bu təklifə cavab verməyib. Eyni zamanda, o qeyd edib ki, Bratislava artıq bir neçə gündür, Ukrayna tərəfi ilə ən yüksək səviyyədə danışıqlar aparmağı təklif edir.

Qeyd edək ki, Slovakiyanın Baş naziri Ukrayna Prezidentini iki dövlət arasında mübahisəni həll etmək üçün qaz tranziti ilə bağlı danışıqlara dəvət etmişdi. Zelenski isə Fitsonun görüş təklifinə cavab verərək onun Kiyevə gəlməsini istəyib.