“O qədər ciddi olduğunu bilmirdim”

o-qeder-ciddi-oldugunu-bilmirdim
Oxunma sayı: 4394

ABŞ Prezidenti Donald Tramp ölümü ilə bağlı sosial mediada yayılan xəbərlərdən məlumatsız olduğunu deyib.

“Qafqazinfo” xəbər verir ki, o bu barədə yerli KİV-ə açıqlamasında danışıb:

“Xeyr, mən həftə sonu həqiqətən çox aktiv idim, o qədər də ciddi bir şey eşitməmişdim. “Yaxşısan?”, “Özünü necə hiss edirsən?”, “Nə olub?” kimi suallar alırdım. Amma o qədər ciddi olduğunu bilmirdim.

Cəmi iki gün heç bir iclasa qatılmadım. Bayden aylarla görüş keçirmirdi”.