İstanbulda bıçaqla qətlə yetirilən Mattia Ahmet Minguzzinin məzarı dağıdılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkəhesabında paylaşım edib:
“Oğlumuz Mattia Ahmet Minguzzinin məzarının dağıdılması ilə bağlı aparılan araşdırmalar nəticəsində 67 yaşlı D.A. adlı şübhəli şəxs tutularaq saxlanılıb”.
Nazir saxlanılaraq polis bölməsinə gətirilən şübhəlinin görüntülərini də paylaşıb.
Qeyd edək ki, 15 yaşlı A.Minguzzi bu ilin yanvarın 24-ü İstanbulun Kadıköy səmtində öz həmyaşıdı tərəfindən 5 dəfə bıçaqlanıb. Bu hadisə Türkiyədə gənclərin zorakılığı ilə bağlı gərgin ictimai müzakirələrə səbəb olub. Hadisədən sonra Türkiyə mətbuatında mümkün cəzaların nə ola biləcəyi ilə bağlı geniş müzakirələr aparılıb. Hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öldürülən yeniyetmənin anasına zəng edərək başsağlığı verib.