Obameyanqdan hökumətinə cavab - “Mənim kimi kiçik bir insandan...”

obameyanqdan-hokumetine-cavab
Oxunma sayı: 962

Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanq hökumətin onu yığmadan kənarlaşdırması və milli komandanın fəaliyyətini dayandırması ilə bağlı qərarına münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Düşünürəm ki, komandanın problemləri mənim kimi kiçik bir insandan qat-qat dərindir”, - Obameyanq yazıb.

Qeyd edək ki, Afrika Millətlər Kubokunun qrup mərhələsində uğursuz nəticələrdən sonra Qabon yığması fəaliyyətini dayandırılıb, bir neçə futbolçu, o cümlədən 36 yaşlı hücumçu Obameyanq millidən ömürlük uzaqlaşdırılıb.