Ödənişli yolda ağır qəza - 33 yaşlı qadın öldü - Foto

odenisli-yolda-agir-qeza
Oxunma sayı: 1950

Bakı–Quba–Rusiya dövlət sərhədi ödənişli avtomobil yolunda ağır qəza baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Nəticədə avtomobildə olan 33 yaşlı Səma Əliyeva aldığı xəsarətlərdən həlak olub.

O, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində çalışıb. Bir övladı var.

Faktla bağlı araşdırma aparılır.

Yunus Quliyev