Ödənişli yolda lüks avtomobil aşdı - Ölən və yaralananlar var - Foto

odenisli-yolda-luks-avtomobil-asdi
Oxunma sayı: 1494

Gecə saatlarında Bakı-Quba-Rusiya Federasiyası sərhədi ödənişli yolunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, magistralın Xaçmaz rayonundan keçən hissəsində “BMW X7” markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində dərəyə aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin 24 yaşlı Biləsuvar sakini Əsgərov Elton Elşən oğlu hadisə yerində dünyasını dəyişib. Sürücü və maşında olan digər sərnişin isə ağır xəsarətlər alıb.

Yaralılar təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən avtomobilin bazar dəyəri 200 min manat civarındadır.