Odessa raketlə vuruldu - 3 nəfər öldü

odessa-raketle-vuruldu
Oxunma sayı: 436

Rusiya bu gün səhər saatlarında Ukraynanın Odessa şəhərinə raket zərbələri endirib.

“Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində azı 3 nəfər həlak olub, yaralılar var.

Odessa Hərbi Şəhər Administrasiyasının rəisi Sergey Lısakın sözlərinə görə, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisə nəticəsində yaşayış binalarının zədələndiyi, dağıntı və yanğının baş verdiyi bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə Odessaya raket zərbələri nəticəsində dron istehsalı və yığılması üzrə iki emalatxananın vurulduğunu iddia edib.