Bu gün “Yeni Müsavat” qəzetinin qurucusu Rauf Arifoğlunun 60 illik yubileyi qeyd olunub.
“Qafqazinfo” xəbər verir ki, doğum gününün iyulun 23-də olmasına baxmayaraq bu gün də dostlarının, həmkarlarının, yaxınlarının əhatəsində məclis keçirilib.
Yubileyin təsirli anlarından biri isə onun xaricdə təhsil alan oğlu Ərhunun atasına etdiyi hədiyyə olub.
Belə ki, Ərhun “Yeni Müsavat” qəzetinin ilk səhifəsi formasında tərtib edilən “Altmış il sözün içində” başlıqlı təbrik mətni yazıb və ürək sözlərini qeyd edib.
Həmin portret mərasimdə təqdim olunub.
Qeyd edək ki, iyulun 22-də Prezident İlham Əliyev Sərəncamı ilə Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Son xəbərlər
Son Xəbərlər