Oğuzda “Mercedes”lə KIA toqquşdu - Xəsarət alanlar var-Yenilənib

oguzda-mercedesle-kia-toqqusdu
Oxunma sayı: 735

Oğuzda iki avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı yük avtomobil ilə KIA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində avtomobillərdə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Qəzada xəsarət alan şəxslərin kimliyi bəlli olub:

Mətanət Ustakişiyeva (1978-ci il təvəllüdlü) – Oğuz rayon sakini (KIA markalı avtomobildə olub);

İlqar Abışov (1967-ci il təvəllüdlü) – Oğuz rayon sakini (KIA markalı avtomobildə olub);

Ayxan Nəsibov (1994-cü il təvəllüdlü) – Qax rayon sakini (“Mercedes Vito” markalı yük avtomobilinin sürücüsü).

Mübariz Muradov