“Öldürməyə başlasalar, ağır zərbə vuracağıq” - İrana sərt mesaj

oldurmeye-baslasalar-agir-zerbe-vuracagiq
Oxunma sayı: 3614

ABŞ Prezidenti Donald Tramp İran hakimiyyətinə sərt xəbərdarlıq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, İran hökumətini ölkədə baş verən etirazlarda iştirak edən nümayişçilərə qarşı humanist olmağa səsləyib.

Trampın sözlərinə görə, İran hakimiyyəti etirazçılara ölümcül güc tətbiq etdiyi halda Vaşinqton ciddi tədbirlər görəcək.

“Mən onlara bildirmişəm ki, əgər insanları öldürməyə başlasalar – adətən iğtişaşlar zamanı etdikləri kimi – biz onlara çox ağır zərbə vuracağıq”, - deyə qeyd edib.

İran mediası və rəsmi mənbələr dekabrın sonlarında başlayan aksiyalar zamanı indiyədək azı 21 nəfərin, o cümlədən təhlükəsizlik qüvvələrinin öldüyünü açıqlayıb.