Ölən hərbçinin anası Paşinyanın oğluna görə saxlanıldı - Video

olen-herbcinin-anasi-pasinyanin-ogluna-gore-saxlanildi
Oxunma sayı: 4832

Ermənistanın Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanın oğurlanması ilə bağlı ölən hərbçinin anası saxlanılıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, adam oğurluğu maddəsi ilə iş başlanılıb, qadın saxlanılıb.

Qeyd edək ki, Paşinyanın oğlu küçədə 44 günlük müharibədə həlak olan hərbçilərin valideynləri ilə rastlaşıb. Onlar Aşotu maşına əyləşməyə dəvət edib. Aşot bunu qəbul etmədikdə onu öldürüb qəbiristanlığa aparacaqlarını deyiblər.