Olimpiada qaliblərinin yarıya qədəri Bakı Ali Neft Məktəbini seçdi

olimpiada-qaliblerinin-yariya-qederi-baki-ali-neft-mektebini-secdi
Oxunma sayı: 289

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulun nəticələrinə əsasən beynəlxalq və respublika fənn olimpiadalarının qaliblərinin yarıya qədəri Bakı Ali Neft Məktəbini (BANM) seçib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə BANM məlumat yayıb.

Bildirilib ki, onlar Kompüter elmləri, İnformasiya təhlükəsizliyi, Kimya mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyi, Neft-qaz mühəndisliyi ixtisaslarında təhsil alacaqlar.