Olimpiadada şikayətlər davam edir - Qida, nəqliyyat və yataq problemi var…

olimpiadada-sikayetler-davam-edir
Oxunma sayı: 2524

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında idmançıların narazılıqları artır. “Qafqazinfo” xəbər verir ki, atletlər qaldıqları Olimpiya kəndində səhər yeməyindən şikayətləniblər. 

Onlar yumurtaya məhdudiyyət qoyulduğunu bildiriblər. Ümumiyyətlə, bir neçə idmançı qida ilə bağlı problemlərin olduğunu deyib. 

Bundan başqa nəqliyyatda problemlər yaşandığı barədə də məlumatlar var. İsveçin kişilər və qadınlardan ibarət stolüstü tennis yığmaları onları daşıyan nəqliyyat vasitələrində hava çatışmazlığı olduğunu bildiriblər. Komandalar kondisionerlə bağlı da çətinliyin yaşandığından şikayət ediblər. 

Atletlərin əksəriyyəti Olimpiya kəndindəki binaların otaqlarındakı yataqların kartondan olması barədə də narazılıqlarını dilə gətiriblər. Bildiriblər ki, orada yatmaq çətinlik yaradır. 

Qeyd edək ki, Paris olimpiadası avqustun 11-də başa çatacaq.