Ölümündən sonra ikigünlük yas elan edildi

olumunden-sonra-ikigunluk-yas-elan-edildi
Oxunma sayı: 3113

Flamenko sənətinin nüfuzlu adlarından sayılan 93 yaşlı Antonio Fernandes Dias (Fosforito) İspaniyanın Malaga şəhərində vəfat edib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, sənətçi ürək əməliyyatından sonra yaranan infeksiya səbəbilə həyatını itirib.

Onun vəfatından sonra Malaga bələdiyyəsi ikigünlük rəsmi yas elan edib, bələdiyyə binasında bayraqlar yarıya endirilib. Şəhər sakinlərinin vidalaşması üçün bələdiyyə binasının salonunda mərasim təşkil olunub.

Qeyd edək ki, 1932-ci ildə Kordovanın Puente Henil şəhərində doğulan Fosforito ilk dəfə səhnəyə cəmi 10 yaşında çıxıb. Bar və yarmarkalarda ifa etdiyi mahnılar gələcəkdə flamenko tarixində iz qoyacaq yolunun başlanğıcı olub.

Fosforito flamenko sənətində verilən ən ali “Llave de Oro del Cante” (Mahnının Qızıl Açarı) mükafatına layiq görülmüş beş sənətçidən biridir.