Oman körfəzində 11 İran gəmisi məhv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
“İki gün əvvəl İranın Oman körfəzində 11 gəmisi var idi, bu gün isə sıfır gəmisi var”, - məlumatda deyilir.
Paylaşımda raketin gəmiyə dəyməsi və partlayış anını əks etdirdiyi bildirilən ağ-qara video görüntülər də yer alıb.
Açıqlamada İranın uzun illərdir beynəlxalq gəmiçilik trafikinə müdaxilə etdiyi və hücumlar təşkil etdiyi bildirilib.
“O günlər bitdi”, – deyə bəyanatda vurğulanıb.
CENTCOM qeyd edib ki, gəmiçilik azadlığı 80 ildən artıqdır ABŞ və qlobal iqtisadi rifahın əsas dayaqlarından biridir və ABŞ qüvvələri bu prinsipi qorumaqda davam edəcək.
Qurumun rəsmi saytında yayılan əlavə məlumatda İranın təhlükəsizlik aparatına aid obyektlərin hədəfə alındığı, zərbələrin isə birbaşa təhlükə yaratdığı bildirilən nöqtələrə yönəldiyi qeyd edilib.
Son xəbərlər
Son Xəbərlər