Görkəmli heykəltaraş Ömər Eldarovun vəziyyəti pisləşib.
“Qafqazinfo”nun məlumatına görə, 99 yaşlı akademik Eldarov Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Ö.Eldarov hazırda orada müalicə alır.
***
Ömər Eldarovun köməkçisi saytımıza bildirib ki, yaşı ilə bağlı və hava şəraitinin istiləşməsi onun səhhətinə pis təsir edib. Heykəltəraş müayinələrdən keçdikdən sonra evə buraxılıb.
***
AMEA-sosial şəbəkə hesabında Ömər Eldarovla bağlı paylaşım edib.
Qeyd olunub ki, akademik İsa Həbibbəyli Ömər Eldarovun səhhəti ilə maraqlanıb, ona şəfa diləyib.
Sail Ağasəlim
Son xəbərlər
Son Xəbərlər